main-post-cover

    MediaTek Dimensity 9300 prosessoru AnTuTu-da rekord nəticə sərgiləyib

    Elm & Texnologiya
    23.10.2023
    Emil Nəcəfov
         MediaTek şirkəti artıq yaxın zamanda Dimensity 9300 flaqman prosessorunu təqdim etməlidir. İndi isə internetdə sözügedən yeni flaqman prosessorunun AnTuTu bençmarkındakı test nəticələrini əks etdirən foto ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən prosessor AnTuTu-da 2 milyondan çox xal toplayıb və həqiqətən də 4 ədəd yüksək performanslı Cortex-X4 nüvəsini əldə edib. Prosessor AnTuTu testində 2 055 084 xal toplayıb.
         Bu isə Dimensity 9200-ün əldə etdiyi nəticədən 41%, Snapdragon 8 Gen 2-nin əldə etdiyi nəticədən isə 35% yüksəkdir. Bununla yanaşı fotoda qeyd edilib ki, MediaTek Dimensity 9300 prosessoru 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini əldə edib. Prosessorun tərkibində olan Immortalis-G720 qrafik çipi isə AnTuTu-da 899 463 xal toplayıb. Bu isə Snapdragon 8 Gen 3-ün tərkibində olan Adreno qrafik çipinin nəticəsindən yüksəkdir. Belə ki, bəzi məlumatlara əsasən Snapdragon 8 Gen 3-dəki Adreno qrafik çipi AnTuTu-da 840 000 xal toplayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq
    mediatek-dimensity-9300-prosessoru-snapdragon-8-gen-3-den-3-istiqametde-ustun-olacaq