Logo
    main-post-cover

    MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək

         MediaTek şirkətinin bu il təqdim edəcəyi Dimensity 9400 flaqman prosessoru barəsində daha öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, şirkət sözügedən prosessorda 4 ədəd Cortex-X nüvəsindən istifadə praktikasını aradan qaldıracaq. Məlum olub ki, bu məlumat həqiqəti tam şəkildə əks etdirmir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Dimensity 9400 prosessorunun prototipləri sözün əsl mənasında 4 ədəd eyni Cortex-X nüvəsinə sahib deyillər.
         Lakin burda açar söz məhz “eyni”-dir. Məlumatda qeyd edilib ki, prosessorun prototipləri 4 ədəd yüksək performanslı nüvəyə sahibdirlər. Onlardan 1-i Cortex-X5, digər 3-ü isə Cortex-X4 nüvələridir. Onlardan əlavə olacaq Cortex-A720 nüvələri ilə birlikdə prosessor Geekbench-in çox nüvəli testi çərçivəsində 10 000 xal toplayır. Bununla yanaşı Dimensity 9400 TSMC şirkətinin 3 nanometrlik texnoloji proses əsasında hazırlanacağı üçün onda enerji effektivliyi daha yaxşı səviyyədə olmalıdır.
    Paylaş