Logo
    MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub

    MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub

         MediaTek şirkəti bu il öz yeni flaqman prosessorunu təqdim etməlidir. Söhbət, Dimensity 9400-dən gedir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən prosessor özündə 30 milyard tranzistoru birləşdirə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro ilə iPhone 15 Pro Max-da istifadə edilən A17 Pro prosessoru 19 milyard tranzistora sahibdir. Məlumatda qeyd edilib ki, Dimensity 9400 prosessoru 9 nüvəli olacaq və nüvələr “1+4+4” sxemi üzrə yerləşəcəklər.
         Yəni prosessor özündə 1 ədəd Cortex-X5 nüvəsini, 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirməlidir. Prosessor həmçinin süni zəka machine learning əməliyyatları üçün yeni nəsil neyron çipinə sahib olacaq. Gözləntilərə əsasən Dimensity 9300 ilə müqayisədə Dimensity 9400-ün qrafik performansı 20% yüksələ bilər. Bu halda o, bu ilin ikinci yarısında təqdim olunacaq Snapdragon 8 Gen 4 prosessorunu rahatlıqla geridə qoya bilər. Qeyd etmək lazımdır ki, Dimensity 9400 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub