Logo
    main-post-cover

    MediaTek Dimensity 9400 flaqman prosessorunun təqdimat tarixi açıqlanıb

    Elm & Texnologiya
    16.09.2024
    Emil
         MediaTek şirkəti yaxın zamanda Dimensity 9400 adlı yeni flaqman prosessorunu təqdim etməlidir. Lakin şirkət hələ də bu yeni prosessorunun təqdimatını anons etməyib. Bununla belə artıq məlumdur ki, Dimensity 9400 prosessorunu əldə edəcək vivo X200 smartfon seriyası 14 oktyabr tarixində təqdim ediləcək. Bu isə o deməkdir ki, Dimensity 9400-ün təqdimatı 14 oktyabrdan daha öncə baş tutacaq. Lakin hansı tarixdə? Digital Chat Station ləqəbli məşhur insayder bu suala cavab verib.
         İnsayderin vermiş olduğu məlumata əsasən Dimensity 9400 flaqman prosessorunun təqdimatı 9 oktyabr tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, Dimensity 9400 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək və keçən ilki Dimensity 9300 ilə müqayisədə 30% daha yaxşı enerji effektivliyinə sahib olacaq. Dimensity 9400 özündə 8 ədəd nüvəni birləşdirməli və nüvələr prosessor tərkibində “1+3+4” sxemi üzrə yerləşməlidirlər. Bu isə o deməkdir ki, Dimensity 9400 özündə 3.63 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X5 nüvəsini, 2.80 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.10 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A725 nüvəsini birləşdirəcək.
    Paylaş