Logo
    main-post-cover

    MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq

    Elm & Texnologiya
    29.04.2024
    Farid
         MediaTek şirkəti bu ilin ikinci yarısında Dimensity 9400 adlı yeni flaqman prosessorunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu yeni flaqman prosessor barəsində növbəti məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Dimensity 9400-ün hazırlanması mövzusunda MediaTek şirkəti ARM şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində isə yeni prosessor BlackHawk adlı arxitekturanı əldə edə bilər.
         Nəzəri cəhətdən bu arxitektura prosessorun performansını olduqca yüksəldə biləcək. İnsayder qeyd edib ki, MediaTek-in yeni flaqman prosessoru Apple A17 Pro Snapdragon 8 Gen 4 prosessorları ilə rəqabət apara və bəzi mövzularda onları geridə qoya biləcək. Gözləntilərə əsasən MediaTek Dimensity 9400 prosessorunu Cortex-X5 nüvəsi ilə təchiz etməyi planlaşdırır. Yeni prosessorun enerji sərfiyyatı mövzusunda hal-hazırda aktual olan Dimensity 9300-dən daha effektiv olacağı gözlənilir.
    Paylaş