
MediaTek Dimensity 9400 prosessoru Apple A18 Pro-nu GPU testində geridə qoyub
Elm & Texnologiya
24.09.2024
Emil
MediaTek öz yeni flaqman prosessoru olacaq Dimensity 9400-ün təqdimatına hazırlaşır. Sözügedən prosessorun artıq gələn ay təqdim olunacağı gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Dimensity 9400 prosessorunun GPU tərəfinin test nəticələrini təqdim edib. Təqdim edilmiş test nəticələri diqqəti cəlb edirlər. Beləliklə məlumata əsasən Dimensity 9400 prosessoru GFX Aztec 1440p Vulkan testi çərçivəsində saniyədə 134 fps-i sərgiləyib.

Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni testdə Apple A18 Pro prosessoru saniyədə 72 fps, keçən ilki Snapdragon 8 Gen 3 prosessoru isə saniyədə 95 fps sərgiləyir. Bu isə MediaTek-in yeni flaqman prosessorunun qrafik tərəfinin gücündən agah edir. Qeyd etmək lazımdır ki, məlumata əsasən Dimensity 9400 prosessoru Arm şirkətinin Immortalis-G925 adlı qrafik çipini əldə edib. MediaTek-in sözlərinə əsasən bu hal-hazırda mobil cihazlar bazarında ən performanslı və effektiv qrafik çipdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
