MediaTek Dimensity 9400 prosessoru ray tracing texnologiyasını yüksək performansda sərgiləyəcək
Elm & Texnologiya
28.08.2024
Emil
MediaTek şirkəti Dimensity 9400 adlı yeni flaqman prosessorunun təqdimatına aktiv şəkildə hazırlaşır. Bu yeni prosessor artıq oktyabr ayında təqdim edilə bilər. Bu yeni prosessor smartfonlarda yüksək performansı təmin etməlidir. İndi isə Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Dimensity 9400 prosessorunda olacaq ray tracing texnologiyasının performans səviyyəsi kompüterlərdəki ray tracing texnologiyasının performans səviyyəsi ilə eyni olacaq.
İnsayderin sözlərinə əsasən keçən ilki Dimensity 9300 ilə müqayisədə təqdim ediləcək Dimensity 9400-dəki ray tracing texnologiyasının performans səviyyəsi 20% yüksəlib. Buna isə kompüterlərdə NVIDIA-nın istifadə edilən Opacity Micro-Maps adlı texnologiyası hesabına nail olmaq mümkün olub. Digital Chat Station ləqəbli digər məşhur insayderin sözlərinə əsasən Dimensity 9400-ün qrafik çipi 3D Mark testlərində Snapdragon 8 Gen 3 ilə müqayisədə 30% daha yaxşı nəticələr sərgiləyir. Bununla belə yeni prosessor bu testlərdə 40% daha az enerji sərfiyyatına sahib olub.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
MediaTek şirkəti Dimensity 7300 Energy adlı yeni prosessor üzərində çalışır
İnsayderlər MediaTek şirkətinin hazırladığı yeni prosessorun bəzi texniki imkanlarını bölüşüblər.
Elm & Texnologiya
MediaTek Dimensity 9400 prosessoru yüksək performansa və aşağı enerji sərfiyyatına sahib olacaq
Digital Chat Station ləqəbli məşhur insayder ilin sonuna kimi təqdim olunacaq MediaTek Dimensity 9400 prosessoru barəsində yeni təfərrüatları təqdim edib.
Elm & Texnologiya
Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G100-dən gedir.
Elm & Texnologiya
MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdimata hazırlaşır
Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumata əsasən MediaTek şirkəti Dimensity 8400 adlı yeni subflaqman prosessorunu təqdim etməyə hazırlaşır.
Elm & Texnologiya
Büdcəli smartfonlar üçün MediaTek Dimensity 7350 prosessoru təqdim edilib
MediaTek şirkəti heç gözlənilmədən büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7350 prosessorundan gedir.
Ən çox oxunanlar