MediaTek Dimensity 9400 prosessoru yüksək performansa və aşağı enerji sərfiyyatına sahib olacaq
Elm & Texnologiya
08.08.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder ilin sonuna kimi təqdim olunacaq MediaTek Dimensity 9400 prosessoru barəsində yeni təfərrüatları təqdim edib. İnsayderin sözlərinə əsasən bu yeni prosessor performans baxımından keçən ilki Dimensity 9300-ü geridə qoyub və hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 ilə eyni səviyyəyə yüksəlib. Söhbət, Dimensity 9400-ün bir nüvəli çalışma performansının 30% yüksəlməsindən gedir. Belə ki, bu yeni prosessor Geekbench-in bir nüvəli testi çərçivəsində 2869 xal toplayıb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Dimensity 9300 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2207 xal toplayır. Snapdragon 8 Gen 4-ə gəldikdə isə onda bu göstərici 2884 xal təşkil edir. İnsayder əlavə edib ki, Dimensity 9400 prosessoru bu cür performans göstəricisinə sadəcə 30%-lik enerji sərfiyyatı hesabına nail olur. Bu isə MediaTek-in yeni prosessorunun yaxşı səviyyədə enerji effektivliyindən xəbər verir. Qeyd etmək lazımdır ki, TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanan Dimensity 9400-ün noyabr ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G100-dən gedir.
Elm & Texnologiya
MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdimata hazırlaşır
Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumata əsasən MediaTek şirkəti Dimensity 8400 adlı yeni subflaqman prosessorunu təqdim etməyə hazırlaşır.
Elm & Texnologiya
Büdcəli smartfonlar üçün MediaTek Dimensity 7350 prosessoru təqdim edilib
MediaTek şirkəti heç gözlənilmədən büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7350 prosessorundan gedir.
Elm & Texnologiya
MediaTek şirkəti süni zəka funksiyalarına sahib desktop ARM prosessorlarını hazırlayır
Qualcomm artıq Snapdragon X Elite və X Plus adlı desktop prosessorlarını təqdim edib. Bu prosessorlar vasitəsilə çalışan noutbuklar isə bir neçə müddət bundan öncə təqdim edilmişdi.
Elm & Texnologiya
Orta səviyyəli smartfonlar üçün MediaTek Dimensity 7300 və Dimensity 7300X prosessorları təqdim edilib
MediaTek şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş iki yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7300 və Dimensity 7300X adlı prosessorlardan gedir.
Ən çox oxunanlar