Logo
    main-post-cover

    MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb

          MediaTek şirkətinin CEO-su Rick Tsai şirkətin növbəti flaqman prosessoru olacaq Dimensity 9400-ün nə zaman təqdim olunacağı barəsində məlumat verib. China Times saytı isə sözügedən flaqman prosessorun bəzi texniki imkanlarını açıqlayıb. Beləliklə Rick Tsai-nin sözlərinə əsasən Dimensity 9400 bu ilin dördüncü rübündə təqdim olunacaq.
         Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Dimensity 9300 keçən ilin noyabr ayında təqdim olundu. Böyük ehtimal ilə Dimensity 9400 bu il də noyabr ayında təqdim olunacaq. Prosessorun texniki imkanlarına gəldikdə, gözləntilərə əsasən o, 3 nanometrlik olacaq və özündə nüvələri “1+3+4” sxemi üzrə birləşdirəcək. Məlumatda həmçinin qeyd edilib ki, Dimensity 9300-dən fərqli olaraq Dimensity 9400-ün süni zəka sistemləri ilə qarşılıqlı əlaqə performansı daha yüksək olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb | Technote