Logo
    main-post-cover

    MediaTek Dimensity 9500 flaqman prosessoru barəsində ilk məlumatlar verilib

    Elm & Texnologiya
    29.12.2024
    Emil
         MediaTek şirkəti oktyabr ayında Dimensity 9400 adlı flaqman prosessorunu təqdim etmişdi. Son məlumatlara əsasən isə şirkət artıq növbəti flaqman prosessorunun hazırlanmasına start verib. Söhbət, Dimensity 9500 prosessorundan gedir. Ortaya çıxmış yeni məlumatda qeyd edilib ki, Dimensity 9500 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
        Prosessor özündə ARM Cortex-X930Cortex-A730 nüvələrini birləşdirməlidir. Məlumata əsasən prosessorda nüvələr “2 + 6” sxemi üzrə yerləşəcəklər. Bunun sayəsində bu yeni prosessor gələn il təqdim olunacaq Snapdragon 8 Elite 2Apple A19 prosessorları ilə daha yaxşı rəqabət apara biləcək. Gözləntilərə əsasən Dimensity 9500-ün çox nüvəli çalışma rejimində performansı 20% artacaq. Prosessorun gələn ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Paylaş