Logo
    main-post-cover

    MediaTek Dimensity 9500 flaqman prosessorunun bəzi təfərrüatları açıqlanıb

    Elm & Texnologiya
    29.04.2025
    Emil
         MediaTek şirkəti bu il ərzində Dimensity 9500 adlı yeni flaqman prosessorunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder MediaTek-in bu yeni flaqman prosessoru barəsində ilk məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Dimensity 9500 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Məlumatda qeyd edilib ki, prosessor özündə 1 ədəd Travis nüvəsini, 3 ədəd Alto nüvəsini və 4 ədəd Gelas nüvəsini birləşdirəcək. Qeyd etmək lazımdır ki, Travis və Gelas nüvələri dedikdə ARM-in yeni Cortex-XCortex-A7xx nüvələri nəzərdə tutulur.
         Gözləntilərə əsasən Travis nüvəsi 4 GHz tezlikdə çalışacaq. Alto nüvəsi barəsində isə heç bir məlumat yoxdur. Dimensity 9500 prosessoru 16 MB həcmində L3 keş yaddaşı və 10 MB həcmində sistem keş yaddaşı ilə təmin ediləcək. Prosessor LPDDR5X standartlı RAM yaddaşlarını və UFS 4.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyəcək. Prosessorda qrafik imkanlardan isə Immortalis-Drage qrafik çipi cavabdeh olacaq. Bu qrafik çip öz növbəsində ray-tracing texnologiyasını dəstəkləyəcək və daha az enerji sərfiyyatına sahib olacaq. Gözləntilərə əsasən Dimensity 9500 bu ilin ikinci yarısında təqdim olunacaq.
    Paylaş