
MediaTek Dimensity 9500 flaqman prosessorunun təqdimatı anons edilib
Elm & Texnologiya
17.09.2025
Emil
MediaTek şirkəti öz növbəti flaqman prosessorunun təqdimatını anons edib. Söhbət, MediaTek Dimensity 9500-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni flaqman prosessor 22 sentyabr tarixində təqdim olunacaq. Bu prosessoru Vivo, OPPO və digər brendlər öz smartfonlarında istifadə edəcəklər. Gözləntilərə əsasən isə Vivo X300 smartfonları Dimensity 9500 prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar.

Paylaş