Logo
    main-post-cover

    MediaTek-in subflaqman Dimensity 8400 prosessorunun özəllikləri açıqlanıb

    Elm & Texnologiya
    31.10.2024
    Emil
         MediaTek şirkəti hal-hazırda Dimensity 8400 adlı yeni subflaqman prosessoru üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində hazırlanan bu prosessor barəsində təfərrüatları təqdim edib. Beləliklə insayder bildirib ki, MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək və yeni Cortex-A725 nüvələrini əldə edəcək.
         Gözləntilərə əsasən Cortex-A720 nüvələri ilə müqayisədə Cortex-A725 nüvələrinin performans göstəriciləri 35%, enerji effektivliyi göstəriciləri isə 25% yüksələcək. İnsayder bildirib ki, Dimensity 8400 prosessoru AnTuTu testlərində ümumilikdə 1.7-1.8 milyon xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru AnTuTu-da ümumilikdə 1.6 milyon xal, Snapdragon 8 Gen 3 prosessoru isə 2 milyon xal toplayır. MediaTek Dimensity 8400-ün bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Paylaş