MediaTek növbəti flaqman prosessoru üzərində çalışır
Elm & Texnologiya
13.03.2023
Farid Pardashunas
Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən MediaTek şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni flaqman prosessor üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan yeni flaqman prosessor Dimensity 9200 Plus adını əldə edəcək. Sözügedən yeni prosessorun texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin onun adından belə qənaətə gəlmək olar ki, o, Dimensity 9200 prosessorunun bir qədər sürətləndirilmiş versiyası olacaq.
Qeyd etmək lazımdır ki, Dimensity 9200 prosessorunun tərkibinə 3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 nüvəsi, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi daxildir. Prosessorun qrafik imkanlarından Immortalis-G715 adlı qrafik çipi cavabdehdir. Çox güman ki, Dimensity 9200 Plus prosessoru bütün bu özəllikləri özündə qoruyub saxlayacaq. Sadəcə olaraq onun nüvələrinin çalışma tezlikləri arta bilər. Bunun sayəsində MediaTek-in yeni prosessoru Snapdragon 8 Gen 2 prosessoru ilə eyni səviyyədə ola bilər. Gözləntilərə əsasən Dimensity 9200 Plus prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)