MediaTek orta seqmentli smartfonlar üçün 5G dəstəkli Dimensity 1080 prosessorunu təqdim edib

MediaTek orta seqmentli smartfonlar üçün 5G dəstəkli Dimensity 1080 prosessorunu təqdim edib

Texnologiya
11.10.2022 PAYLAŞIM

    MediaTek şirkəti Dimensity 1080 adlı yeni prosessorunu təqdim edib. Sözügedən yeni prosessor qiyməti 300$-a kimi olan smartfonlar üçün nəzərdə tutulub. Dimensity 1080 orta seqmentli smartfonlar üçün nəzərdə tutulsa da daha bahalı smartfonlarda dəstəklənən bəzi funksiyaları əldə edib. Beləliklə MediaTek Dimensity 1080 prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Belə ki, Dimensity 1080 modeli 2.6 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A78 nüvəsi və 2 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub. Prosessorun qrafik imkanlarından Mali G68 çipi cavabdehdir. Bununla yanaşı sözügedən prosessor MediaTek HyperEngine 3.0 adlı şəbəkə mühərrikini dəstəkləyir. Bu şəbəkə mühərriki 5G dəstəkli bir SIM kart vasitəsilə online oyunlar oynayan zaman digər SIM kart vasitəsilə zənglərə cavab vermək imkanını təqdim edir.


    Prosessor həmçinin LPDDR5 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaşları dəstəkləyir. Dimensity 1080 prosessoru 200 MP-ə kimi olan kamera obyektivlərinin dəstəyinə sahibdir. Dimensity 1080-də olan ISP prosessor təsvirlərin emalı üçün nəzərdə tutulub və o, real zaman ərzində 4K keyfiyyətli HDR videoların çəkilişlərini dəstəkləyir. Onu da qeyd etmək lazımdır ki, bu prosessor 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli smartfon ekranlarını, Wi-Fi 6 standartını və versiyası məlum olmayan Bluetooth texnologiyasını dəstəkləyir. Məlumata əsasən MediaTek Dimensity 1080 prosessoruna sahib ilk smartfonlar bu ilin dördüncü rübündə satışa çıxacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×