main-post-cover

    MediaTek şirkəti Dimensity 1000C flaqman mobil prosessorunu təqdim edib

    Elm & Texnologiya
    04.09.2020
    Farid Pardashunas
        MediaTek şirkəti Dimensity 1000C adlı flaqman mobil prosessorunu təqdim edib. Sözügedən prosessor beynəlxalq bazar üçün nəzərdə tutulub və Dimensity 1000 prosessorunun təkmilləşdirilmiş versiyasıdır. Bu barədə 4pda saytı xəbər verib. Dimensity 1000C prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 5G modemi birləşdirir. Prosessorun arxitekturasına gəldikdə isə o, yüksək performanslı 4 ədəd Cortex-A77 və enerji baxımdan effektiv olan 4 ədəd Cotex-A55 nüvəsinə sahibdir.
        Prosessorun nüvələri 2.0 GHz tezlikdə çalışırlar. Qrafik özəlliklərdən isə ARM Mali -G57 çipi cavabdehdir. Dimensity 1000C-yə ayrıca neyron bloku inteqrasiya olunub. Həmin neyron bloku isə 3 ədəd süni zəka prosessorundan ibarətdir. Yeni prosessor həmçinin iki ekranlı smartfonlarda da çalışa bilir. Dimensity 1000C prosessoruna sahib ilk smartfonlar birinci ABŞ bazarında satışa çıxacaqlar. Bu prosessora sahib smartfonların digər regionlarda satışa çıxmaları barəsində məlumatı şirkət daha sonra verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər