
MediaTek şirkəti Dimensity 7300 Energy adlı yeni prosessor üzərində çalışır
Elm & Texnologiya
23.08.2024
Emil
İnsayderlər MediaTek şirkətinin hazırladığı yeni prosessorun bəzi texniki imkanlarını bölüşüblər. Məlum olub ki, şirkət hal-hazırda Dimensity 7300 Energy adlı yeni prosessoru üzərində çalışır. Beləliklə insayderlər bildiriblər ki, Dimensity 7300 Energy prosessoru 8 nüvəli olacaq və nüvələr “4+4” sxemi üzrə yerləşəcəklər. Yəni Dimensity 7300 Energy özündə 2.5 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirəcək. Prosessorda qrafik imkanlardan isə Mali G615 MC2 adlı qrafik çip cavabdeh olacaq. Prosessor barəsində digər bir məlumat hələ yoxdur. Dimensity 7300 Energy artıq bu ayın sonuna kimi təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
