main-post-cover

    MediaTek şirkəti Snapdragon 765G-nin rəqibi Dimensity 820 prosessorunu təqdim etdi

    Elm & Texnologiya
    18.05.2020
    Farid Pardashunas
        MediaTek şirkəti orta səviyyəli Dimensity 820 prosessor modelini təqdim etdi. Faktiki olaraq bu, Dimensity 800 prosessor modelinin təkmilləşdirilmiş versiyasıdır. Sözügedən prosessor 5G, yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranların və 80 MP-lik kameraların dəstəklərini əldə edib. MediaTek Dimensity 820 prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlnıb.
        O özündə 2.6 GHz tezlikdə çalışan 4 ədəd güclü Cortex-A76 nüvəsini və 2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Adi Diemnsity 800 prosessorunda da bu nüvələrdən istifadə olunur. Lakin Dimensity 800-də onların hamısı 2 GHz tezlikdə çalışırlar. Yeni prosessor modelində qrafik göstəricilərdən Mali-G57 qrafik çipi cavabdehdir.
        MediaTek-in verdiyi məlumata əsasən Snapdragon 765G-dən fərqli olaraq Dimensity 820 prosessoru Geekbench 4.2 beçmark saytının birnüvəli testində 7%, çoxnüvəli testində isə 37% daha çox xal əldə edir. Bütün bunlardan əlavə olaraq mobil oyunlarda performans göstəricilərinin və 4K keyfiyyətində HDR videoların performanslarının yüksəldilməsi üçün Dimensity 820-də HyperEngine 2.0Imagiq 5.0 texnologiyalarından istifadə edilir. Sözügedən prosessoru ilk əldə edəcək smartfon modeli Redmi 10X olacaq. Həmin smartfon 26 may tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər