
MediaTek şirkəti süni zəka funksiyalarına sahib desktop ARM prosessorlarını hazırlayır
Elm & Texnologiya
12.06.2024
Emil
Qualcomm artıq Snapdragon X Elite və X Plus adlı desktop prosessorlarını təqdim edib. Bu prosessorlar vasitəsilə çalışan noutbuklar isə bir neçə müddət bundan öncə təqdim edilmişdi. Reuters saytının vermiş olduğu məlumata əsasən MediaTek şirkəti Qualcomm-a cavab olaraq süni zəka funksiyalarına sahib olacaq fərdi ARM prosessorlarını hazırlamağa başlayıb. Məlumatda qeyd edilib ki, MediaTek tərəfindən hazırlanan ARM prosessorlar Windows vasitəsilə çalışacaq noutbuklar üçün nəzərdə tutulacaq.
Microsoft keçən ay ARM prosessorlu yeni noutbuklarını təqdim edən zaman bildirmişdi ki, ARM prosessorlar istehlakçı cihazların gələcəyidir. Belə ki, bu prosessorlar süni zəka əsaslı tətbiqlərin çalışmaları zamanı yüksək performansı təmin edirlər. Məlumata əsasən MediaTek şirkəti də bu istiqamətdə getməyi qərara alıb. Reuters saytı bildirib ki, şirkətin ARM prosessorları gələn ilin sonunda işıq üzü görəcəklər. Həmin vaxtda Qualcomm-un Microsoft noutbuklarında prosessorlarının istifadəsi üzrə eksklüziv müqaviləsinin müddəti bitəcək. Ehtimal var ki, nəticədə Microsoft noutbuklarında Qualcomm-un dekstop prosessorları MediaTek-in desktop prosessorları ilə əvəzlənsin.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
