
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
Elm & Texnologiya
09.10.2024
Emil
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, MediaTek və NVIDIA birgə şəkildə desktop prosessor üzərində çalışırlar. Lakin həmin vaxtdan bu mövzu ilə bağlı yeni məlumat ortaya çıxmamışdı. Hətta bəzi məlumatlara əsasən müxtəlif istehsalçılar MediaTek və NVIDIA-nın birgə ərsəyə gətirəcəkləri desktop prosessoru öz məhsullarında istifadə etməyi planlaşdırırlar. Çinin kütləvi informasiya vasitələrinin vermiş olduqları yeni məlumatda qeyd edilib ki, desktop prosessor artıq gələn ilin ikinci yarısında təqdim edilə bilər.
Hal-hazırda isıə prosessor hazırlanma mərhələsindədir. Gözləntilərə əsasən o, 3 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək və nəticədə Qualcomm-un Snapdragon X Elite adlı desktop prosessoru ilə rəqabət aparacaq. Güman olunur ki, MediaTek bu məhsulda mərkəzi prosessordan, NVIDIA isə qrafik çipdən cavabdehdir. Bundan əlavə olaraq desktop prosessorda əsas diqqət həmçinin onun süni zəka ilə bağlı tapşırıqlardakı yüksək performans səviyyəsinə ayrılacaq. Məlumata əsasən ASUS, Dell, HP və Lenovo kimi şirkətlər artıq bu prosessora maraq göstərirlər və böyük ehtimalla onlar prosessoru öz məhsullarına inteqrasiya edəcəklər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
