Məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

Məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

Texnologiya
26.10.2022 PAYLAŞIM

    Danimarkadan və İsveçdən olan alimlər dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməsi çərçivəsində saniyədə 1 Pbit-dən (petabit) daha yuxarı ötürülmə sürətini əldə ediblər. Belə ki, alimlər tərəfindən məlumatların ötürülməsi zamanı saniyədə 1.84 Pbit (saniyədə 1.8 milyon Gbit) sürət əldə edilib. Bu isə dünyanın bütün internet trafikini 2 dəfə üstələyir. Bununla belə sözügedən təcrübə çərçivəisndə alimlər optik lazerdən və optik çipdən istifadə ediblər. Adi istifadəçinin evindəki internet sürəti saniyədə bir neçə yüz Mbit təşkil edir. Bəzi hallarda isə bu göstərici saniyədə 1 Gbit-dir. Hər halda bu, saniyədə 1 Pbit sürətdən milyonlarla dəfə aşağıdır.

    Hətta NASA-nın iri həcmli elmi və peyk məlumatlarının ötürülməsi üçün hazırladığı ESnet6 şəbəkəsində sürət 20 dəfə aşağı olacaq. Maraqlısı ondadır ki, yeni sürət rekordu yeganə işıq mənbəyinin və optik çipin istifadəsi ilə əldə edilib. Sözügedən çip infraqırmızı şüa işığını yüzlərlə ayrı-ayrı tezliklərə parçalayır. Məlumatlar həmin tezliklərin hər birinin polyarizasiyası, fazası və amplitudunun modulyasiyası vasitəsilə kodlaşdırılır. Daha sonra sözügedən tezliklər bir şüa şəklində yenidən birləşirlər və nəticədə formalaşmış vahid şüa fiber optik naqil vasitəsilə ötürülür.


    Təcrübə çərçivəsində Danimarkadan və İsveçdən olan alimlər 223 ədəd dalğa kanalına kodlaşdırılmış məlumatları 7.9 km uzunluğunda olan fiber optik naqil vasitəsilə saniyədə 1.84 Pbit sürətlə ötürməyə nail olublar. Bu rekord sürət əvvəlki rekorddan daha yüksəkdir. Belə ki, bu ilin may ayında saniyədə 1.02 Pbit ötürülmə sürəti əldə edilmişdi. Məlumatda qeyd edilib ki, bu göstərici yeni optik çipin əldə edə biləcəyi yekun nəticə deyil. Belə ki, komüter modelləşdirməsinə əsasən sözügedən çip saniyədə 100 Pbit sürət sərgiləyə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×