main-post-cover

    Məlumatların sızdırılmaması üçün Apple əməkdaşları məcburi yaxa kamerasından istifadə edəcəklər

    Elm & Texnologiya
    30.06.2021
    Emil Nəcəfov
        Apple şirkəti bəzi əməkdaşların yaxa kamerası ilə gəzmələrini məcbur edərək öz məhsulları barəsində məlumatların internetə sızdırılmasının qarşısını almağı planlaşdırır. Bu cür addım həmçinin məşhur insayderlərin konfidensial məlumatları əldə etmələrinin qarşısını almaq üçün də atılıb. Bu cür insayderlərə misal olaraq Jon Prosser-i gətirmək olar. Jon Prosser son videosunda bu məsələ ilə bağlı açıqlama verib və qeyd edib ki, Apple tərəfindən olan təzyiqlər artıb.
        “Mən heç zaman öz mənbəmə pul ödəməmişəm. Heç zaman pulu mənbəmə birbaşa ötürməmişəm. Heç bir tranzaksiya olmayıb. Və mən həmişə şirkət əməkdaşlarına bildirmişəm ki, onlar mənə məlumatları təqdim etmək məcburiyyətində deyillər” - deyə Prosser bildirib. Hələ bir neçə müddət bundan öncə Apple şirkəti Kang ləqəbli insayderi və Jermaine Smit adlı 3D dizayneri məhkəmə ilə hədələmişdi.
        Qeyd etmək lazımdır ki, Jermaine Smit potensial Apple məhsullarının keyfiyyətli render fotolarını yaradır. Maraqlısı ondadır ki, məlumat sızıntısının qarşısını almaq üçün nəzərdə tutulmuş məcburi yaxa kamerası barədə məlumat elə məhz Apple əməkdaşları tərəfindən sızdırılıb. Bir çoxlarının fikirlərinə əsasən bu cür tədbir heç də effektiv olmayacaq.
    Yaxa kamerasından istifadə sxemi:
    Linki kopyala