'Mən dəliyəm': Google Translate yenidən qəribə və səhv tərcüməsi ilə diqqət mərkəzinə düşdü
Elm & Texnologiya
28.05.2018
Farid Pardashunas
Məşhur Google Translate servisində
maraqlı özəllik aşkar edilib. Tərcümə prosesini ingilis dilindən fransız dilinə
çevirdikdə və “I’m a flat earther” (mən yastı dünya nəzəriyyəsinin tərəfdarıyam)
yazdıqda servis onu fransız dilinə “mən dəliyəm” (je suis un fou) kimi tərcümə
edəcək. Bu cür qəribə tərcümə prosesi məşhur Reddit saytında müzakirələrə səbəb
olub.
İstifadəçilər qeyd ediblər ki, bu cür hal yalnız ingilis dilindən fransız
dilinə tərcümədə rast gəlinir. Qeyd etmək lazımdır ki, bu, Google Translate servisində baş verən ilk sistem səhvi deyil. Daha öncələr də sözügedən
servisdə maraqlı tərcümə səhvləri olub. Nəzərinizə çatdıraq ki, yastı dünya nəzəriyyəsinin
tərəfdarları əsasən ABŞ-da fəaliyyət göstərərək insanları Yer kürəsinin əslində
kürə şəklində olmadığına inandırmağa çalışırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ