Mentor Talks’un spiker və mövzuları elan olundu

Mentor Talks’un spiker və mövzuları elan olundu

Texnologiya
12.09.2018 PAYLAŞIM

Artıq ikinci dəfə təşkil edilən tədbir oktyabr ayının 14`ü Park Inn hotelində keçiriləcək.

Mentor Talks tədbirinin bu dəfəki mövzusu “Biznes & Təşəbbüskarlıq’dır”. Şüarı “Daxili potensialını kəşf et!” olan tədbirin məqsədi Azərbaycanda Biznes və Təşəbbüskarlığın inkişafının bir parçası olmaq, insanlara ilham verməkdir.

Bənzər xəbər


14:00-dan 18:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək:

Zeynep Dereli: "Gələcəyin fərdi"

Əfsun Qurbanov: "BƏD 3"

Sərvər Qurbanov: "Sahibkarlıq üçün 1200 saniyəlik beyin fırtınası"

Sakit Səmədov: "Biznesdə yüz ölçüb bir idarə etmək"

Reyhan Camalova: "Təşəbbüskarlığın yaşı varmı?"

Zaur Darabzadə: "Biznesin pərdə arxası"

Tural Bədirxanlı: "Qlobal bazar üçün vizion necə olmalıdır?"

#Mentor Talks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.

İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzuyla bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (35 AZN) və İanəli (45 AZN) biletlərdən birini seçə bilərlər.

İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək olunacaq.

Tədbirin sosial məqsədi isə şirkətlərin və fərdlərin autizmə qarşı diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. İştirakçılar sentyabrın 20-nə qədər Standart bileti 29 AZN-ə əldə edə biləcəklər.

Biletləri əldə etmək üçün:

www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Mob: (070) 296 64 66

Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×