
Mercedes-in yeni sistemi Vale Parking xidmətlərinin sonunu gətirə bilər
Elm & Texnologiya
25.07.2017
Aynar
Mercedes-in Bosch-la biryerdə hazırladığı yeni sürücüsüz parking sistemi artıq sınaqdan keçirilir. Hal-hazırda Mercedes-in Almaniyadaki muzeyinin çoxmərtəbəli qarajında yoxlanılan sistem Vale xidmətlərinin sonunu gətirə bilər.

Sensorlarla təchiz olunmuş qaraj və Mercedes-in parking tətbiqi ilə sinxron çalışan avtomobil istifadəçinin telefondaki "Park" düyməsinə toxunması ilə qarajdaki boş yeri axtarmağa və özü-özünü park etməyə başlayır. Bu sistemin ilk öncə Avropada daha sonra isə Şimali Amerikada istifadəyə verilməsi planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
