main-post-cover

    Məşhur analitik 2021-ci il iPhone modeli barəsində danışdı

    05.08.2019
    Emil Nəcəfov
        Apple şirkətinin məhsulları ilə bağlı proqnozları və həmin proqnozların çox halda düz çıxması ilə məşhurluq qazanmış analitik Ming-Chi Kuo iPhone modellərinin gələcəyi barəsində məlumat verib. Maraqlısı ondadır ki, o, bu il və gələn il təqdim olunacaq iPhone modelləri barəsində deyil, 2021-ci ildə təqdim olunacaq iPhone modelləri barəsində məlumat verib. Bu barədə 9to5mac saytına istinadən 4pda saytı xəbər verib.
        Onun sözlərinə əsasən 2021-ci ildə təqdim olunacaq iPhone modelində həm Face ID texnologiyası həm də ekrana inteqrasiya edilmiş Touch ID texnologiyası olacaq. Onun sözlərinə əsasən bu iki texnologiya bir-birini tamamlayır və Apple şirkəti hər iki texnologiyanı bir məhsulda reallaşdırmaq istəyir.
        Lakin hal hazırda ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının istehsalı ilə bağlı bir sıra problemlər mövcuddur. Söhbət, enerji sərfiyyatı, barmaq izi sensorunun ekran üzərindəki həssaslıq sahəsinin ölçüsü, həssaslıq modulunun qalınlığı və sensorun barmaq toxunuşuna reaksiyası sürətindən gedir. Ming-Chi Kuo bildirib ki, bu problemləri həll etmək və sözügedən texnologiyanın lazımi səviyyədə reallaşdırmaq üçün Apple şirkətinə 18 ay vaxt lazım olacaq.
    Linki kopyala