Logo
    main-post-cover

    Məşhur analitik Apple avtomobili haqqında yeni məlumatlar verib

    Elm & Texnologiya
    02.02.2021
    Emil
        Məşhur analitik Ming-Chi Kuo öz mənbələrinə istinadən Apple şirkətinin ilk avtomobili barəsində yeni məlumatlar verib. Analitik avtomobilin hansı platforma üzərində qurulacağı və harda istehsal olunacağı barəsində danışıb. Bu barədə Appleinsider saytı xəbər verib. Beləliklə analitikin verdiyi məlumata əsasən Apple avtomobilin istehsalı məsələsində Hyundai şirkəti ilə əməkdaşlıq etməkdə qərarlıdır. Belə ki, çoxlu sayda Apple məhsullarının istehsalı ilə məşğul olan Foxconn şirkəti bu iş üçün yaramır. Analitik qeyd edib ki, Apple avtomobili Hyundai və Kia elektromobilləri üçün yaradılmış E-GMP platforması üzərində hazırlanacaq.
        Məlumatda qeyd edilib ki, avtomobilin istehsalı Kia-nın ABŞ-dakı zavodlarından birində reallaşdırılacaq. Bununla belə Hyundai avtomobilin bir sıra detallarının istehsalından da cavabdeh olacaq. Apple isə avtopilot sistemindən cavabdeh olacaq software hardware tərəfinə, batareyalar ilə əlaqəli prosessorlara, avtomobilin interyer və eksteryer dizaynlarının hazırlanmasına və o cümlədən avtomoblin Apple ekosisteminə daxil edilməsinə diqqət ayıracaq. Apple şikətinin ilk avtomobili lüks sinifə daxil olacaq və onun bəzi detallarının qiymətləri adi elektromobillərdəki detalların qiymətlərindən daha yüksək olacaq. Avtomobilin 2025-ci ildə satışa çıxması gözlənilir. 
    Paylaş
    Bənzər xəbərlər