
Məşhur analitik Apple M5 prosessorları barəsində yeni məlumatları təqdim edib
Elm & Texnologiya
24.12.2024
Emil
Apple şirkəti gələn il M5 prosessorlarını təqdim etməlidir. Məşhur analitik Ming-Chi Kuo-nun vermiş olduğu məlumata əsasən şirkət M5 prosessorlarının kütləvi istehsalı prosesinə 2025-ci ilin birinci yarısında start verməyi planlaşdırır. Analitik qeyd edib ki, M5 prosessorları TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaqlar. Bu isə öz növbəsində M4 prosessorları ilə müqayisədə M5 prosessorlarında performansı 5% yüksəldəcək, enerji sərfiyyatını isə 10% aşağı salacaq.
Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət M5 Pro və M5 Ultra prosessorlarında server çiplərinin dizaynlarını reallaşdırmağı planlaşdırır. Bunun sayəsində adları sadalanmış prosessorların ölçülərini 30-50% kiçiltmək mümkün olacaq. İndiyənə kimi olmuş Apple M prosessorlarında mərkəzi prosessor ilə qrafik prosessor bir çip üzərində birləşmiş halda idilər. Lakin M5 prosessorlarında bu kompöonentlər ayrı-ayrı yerləşəcəklər. Bu öz növbəsində mərkəzi prosessorun və qrafik prosessorun süni zəka ilə bağlı əməliyyatlarda performanslarını artırmağa imkan verəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
