Məşhur analitik Apple şirkətinin AR cihazının satış tarixi barəsində məlumat verdi

Məşhur analitik Apple şirkətinin AR cihazının satış tarixi barəsində məlumat verdi

Texnologiya
09.10.2019 PAYLAŞIM

    Nüfuzlu analitik Ming-Chi Kuo, Apple şirkətinin yaxın gələcəkdəki yeni məhsulları barəsindəki proqnozlarını yeniləyib. Onun sözlərinə əsasən gələn ilin yaz fəslində iPhone SE-nin davamçısı ilə birlikdə Apple şirkəti həmçinin ToF kamera moduluna sahib yeni iPad Pro modelini də təqdim edəcək. Bununla yanaşı analitik əmindir ki, 2020-ci ildə Apple şirkəti tamamilə yeni məhsulu təqdim edəcək. Bu barədə Fonearena saytı xəbər verib. Analitik bildirib ki, artıq bu ilin dördüncü rübündə Apple şirkətinin tamamilə yeni məhsulunun irimiqyaslı istehsalına start veriləcək.

    Söhbət, artırılmış reallıq cihazından gedir. Onun sözlərinə əsasən həmin cihazın 2020-ci ilin ikinci rübündə satışa çıxarılması planlaşdırılır. AR cihazın əsas istehsalçısı isə Çinin Changying Precision şirkəti olacaq. Yeni məhsul iPhone üçün əlavə aksessuar kimi təqdim olunacaq və faktiki olaraq əlavə ekran funksiyasını yerinə yetirəcək. Sözügedən cihaz üçün olan bütün hesablamalar isə birbaşa iPhone-da və ya iOS digər cihazda reallaşdırılacaq. Güman edilir ki, şirkətin AR eynəyi ekran, ötürücülər, kameralar və naqilsiz şəbəkə texnologiyası ilə təchiz olunacaq.


    Apple şirkətinin AR eynəyinin adi eynək kimi və ya VR cihaz kimi görünəcəyi məlum deyil. Lakin analitik qeyd edib ki, şirkət bu cihazı satışa çıxartmaq üçün kənar brendlər ilə əməkdaşlıq edəcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti AR cihaz ilə bağlı artıq çoxlu sayda patentə sahibdir. Bununla yanaşı hələ bir neçə müddət bundan öncə iOS 13 əməliyyat sistemində AR eynəyin mövcudluğu brəsində məlumatlar aşkar edilmişdi. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×