Məşhur analitik Apple şirkətinin ilk AR eynəkləri barəsində proqnozlarını verdi

Məşhur analitik Apple şirkətinin ilk AR eynəkləri barəsində proqnozlarını verdi

09.03.2019 PAYLAŞIM

    Apple şirkətinin məhsulları barəsində öz proqnozları ilə məşhurlamış analitik Ming-Chi Kuo-nun fikrincə Apple şirkəti öz ilk AR eynəklərini (artırılmış reallıq eynəkləri) bu ilin 4-cü rübündə satışa çıxardacaq və onlar iPhone üçün əlavə aksessuar qismində çıxış edəcəklər. Bu barədə Macdigger saytı xəbər verib. Apple şirkəti artıq uzun müddətdir ki, özünün AR və VR eynəkləri üzərində çalışır və 10 ilə yaxındır ki, artırılmış reallıq ilə virtual reallıq texnologiyalarını tədqiq edir.


Bənzər xəbər


    Şayiələrə əsasən şirkətin bu istiqamətdə tədqiqatlar aparan böyük bir şöbəsi də mövcuddur. Bu məlumatı həmçinin internetdə son zamanlar şirkətin sözügedən texnologiyalar barəsində ortaya çıxan patentləri də təsdiqləyirlər. Ming-Chi Kuo-nun sözlərinə əsasən AR eynəklər iPhone üçün əlavə aksessuar və ekran qismində çıxış edəcəklər. Beləliklə Apple şirkəti öz eynək modelini daha kompakt və yüngül hazırlaya biləcək. Bundan əlavə olaraq analitik düşünür ki, şirkət eynəklərin irimiqyaslı istehsalına artıq bu ilin 4-cü rübündə start verə bilər. Lakin müddətin 2020-ci ilə keçiriləcəyi ehtimalı da çox yüksəkdir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin CEO-su Tim Cook dəfələrlə AR texnologiyasının perspektivləri barəsində danışıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×