main-post-cover

    Məşhur analitik: 'Apple yeni HomePod üzərində çalışır'

    Elm & Texnologiya
    10.03.2023
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən Apple şirkəti yeni HomePod üzərində çalışır və o, aktual olan HomePod modellərindən tamamilə fərqlənəcək. Analitikin sözlərinə əsasən hazırlanan yeni HomePod modeli tamamilə yenilənmiş dizayn əldə edəcək. Bundan əlavə olaraq o, 7 düym ölçüsündə ekranla təchiz olunacaq. Yeni HomePod üçün ekran istehsalı ilə Tianma adlı şirkət məşğul olacaq. Analitik qeyd edib ki, əgər Tianma şirkətinin HomePod üçün nəzərdə tutulmuş ekranları Apple şirkətinin gözləntilərini qarşılasa, o, şirkətin ekranlarını gələcək iPad modellərində də istifadə edəcək. Yeni HomePod barəsində digər bir məlumat hələ yoxdur. Çox güman ki, o, gələn il təqdim ediləcək.
    Linki kopyala