Məşhur analitik: Gələn ilin birinci rübündə iPhone'ların satışları 10% yüksələcək

Məşhur analitik: Gələn ilin birinci rübündə iPhone'ların satışları 10% yüksələcək

Texnologiya
07.10.2019 PAYLAŞIM

    TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu ilin birinci rübü ilə müqayisədə 2020-ci ilin birinci rübündə Apple şirkəti 10% daha çox iPhone sata biləcək. Bu əsasən iPhone 11-ə olan yüksək tələbatdan və alıcıların iPhone SE 2-ni gözləmələrindən irəli gələcək. Bu barədə 9to5mac saytı xəbər verib.

    Analitikin bildirdiyinə görə Apple şirkəti bu ilin sonundakı bayram günlərində ümumilikdə 70-75 milyon ədəd iPhone 11 və iPhone 11 Pro modelləri sata bilər. Bununla yanaşı analitkin gözləntilərinə əsasən Apple şirkəti ilin sonundakı bayram günlərinə kimi 40 milyon ədəd iPhone 11 Pro və iPhone 11 Pro Max modeli satacaq.


    Bu isə keçən il həmin müddətdə satılmış 43 milyon ədəd iPhone XS iPhone XS Max modellərinin göstəricilərindən aşağıdır. Öz proqnozlarında Ming-Chi Kuo onu da qeyd edib ki, onun fikrincə iPhone 11 modeli ilin sonundakı bayram günlərindən öncə iPhone XR-dən daha çox satılacaq. O, 37-40 milyon ədəd satılacaq iPhone 11 modeli gözləyir. Halbu ki, keçən il eyni müddətdə 25 milyon ədəd iPhone XR modeli satılmışdı. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×