Məşhur analitik iPhone SE 2-nin uğurlu olacağından əmin deyil

Məşhur analitik iPhone SE 2-nin uğurlu olacağından əmin deyil

Texnologiya
06.11.2019 PAYLAŞIM

    Apple şirkətinin məhsulları üzrə proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacağı gözlənilən iPhone SE 2 smartfon modeli barəsində optimistik fikirlərini dəyişib. Öz yeni hesabatında analitik iPhone SE 2-nin iPhone SE-ni nəyə görə keçə bilməyəcəyini açıqlayıb. Bu barədə Phonearena saytı xəbər verib. Apple şirkətinin investorlarına göndərilmiş məktubda Ming-Chi Kuo, iPhone SE 2 ilə bağlı əvvəlki fikirlərini dəyişib. Onun fikrincə 2020-ci ilin sonuna kimi Apple şirkəti 20 milyondan çox iPhone SE 2 sata bilməyəcək.

    Uğurlu marketinq siyasəti vasitəsilə bu göstərici maksimum 30 milyon satılmış cihaza çata bilər. Daha öncədən o öz proqnozlarında qeyd etmişdi ki, şirkət 40 milyon iPhone SE 2 sata biləcək. Lakin smartfon komponentlərinin istehsalçıları ilə konsultasiyadan sonra məşhur analitik öz fikrini dəyişib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2016-cı ilin sonuna kimi 30 milyon iPhone SE smartfonu satılmışdı. Analitikin fikrincə iPhone SE 2-nin satışlarına 3 səbəb mane olacaq:

- Apple şirkəti payı onsuz da artan smartfon bazarı uğrunda mübarizə aparacaq. Əsasən də bu, ABŞ ilə Avropa bazarlarını əhatə edir. Həmin bazarlarda alıcılar digər bazarlardakı alıcılardan fərqli olaraq əldə etdikləri yeni smartfonları daha uzun müddət istifadə edirlər.

- Android əməliyyat sistemi ilə çalışan smartfon istehsalçıları tərəfindən olan rəqabət hal hazırda əvvəllər heç olmadığı qədər daha yüksəkdir. Gələn il Pixel 4 seriyasının daha sadələşdirilmiş versiyası Pixel 4a seriyası təqdim olunacaq.

- iPhone SE 2 modeli ölçü baxımından orijinal iPhone SE kimi kompakt olmayacaq. Belə ki, əgər iPhone SE 2-nin istehsal edilməsində dizayn nümunəsi kimi iPhone 8-dən istifadə olunsa, bu, kompakt cihaz almaq istəyən alıcıları qorxuda bilər.

    Son məlumat sızıntılarına əsasən iPhone SE 2 modeli iPhone 11-in sahib olduğu A13 Bionic prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon 3 GB RAM və 64 GB daxili yaddaş həcminə də sahib ola bilər. Digər özəlliklər baxımından smartfon iPhone 8-ə bənzəyəcək. gözləntilərə əsasən iPhone SE 2 gələn ilin mart ayının sonunda təqdim olunacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə ed..

Hələ bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfonu 5G çipin..


NUVİA: Amd və İntel'in yeni rəqibi gəlir

Apple A13 Bionic çipsetinin istehsalındaki şəxslər tərəfindən qurulan NUVİA şirkəti yeni çipsetləri ..


Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir

Nəhəng axtarış sistemi olan Google-a qarşı iddia olunur ki, axtarış nəticələrini manipulyasiya edir...


The Boring Company şirkəti Las Veqasda yeraltı tunelin inşasına start verib

The Boring Company şirkəti Las Veqasdakı 80 hektar ərazini əhatə edən sərgi mərkəzində yeraltı tunel..


Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir ? (Nəticələr)

Təhlükəsizlik bazarında müxtəlif Antivirus şirkətləri yarışır. Windows istifadəçilərin ən çox hansı ..


İnstagram'da gizli profilləri göstərən Ghosty tətbiqi Play Store'dan silindi..

Yaxın günlərdə adından çoxca söz etdirən və gizli İnstagram profillərini görməyə imkan verən Ghosty ..