Reklam
Məşhur banklar kredit kartı ilə kriptovalyuta əməliyyatlarını qadağan etdilər

Məşhur banklar kredit kartı ilə kriptovalyuta əməliyyatlarını qadağan etdilər

Texnologiya
05.02.2018 PAYLAŞIM

İngiltərə və ABŞ sakinləri kredit kartlardan istifadə edərək kriptovalyuta tranzaksiyalarını keçirdə bilməyəcəklər.

    Bu məhdudlaşdırıcı proses ABŞ-ın Bank of America, CitigroupJP Morgan Chase bankları və İngiltərənin Lloyds Bank, Bank of Scotland, Halifax, MBNA banklarının müştərilərinə şamil olunacaq. Bu cür qərarı banklar bitcoin altcoinlərin qiymət göstəricilərinin dəyişilməsi ilə əlaqələndiriblər. Bitcoinin qiymətinin düşməsi ucbatından kredit kartlardan istifadə edərək kriptotranzaksiyaların keçirilməsinə ilk qadağa Yanvar ayında başladı.

    Həmin vaxtda Capital OneTD Bank adlı banklar bildirmişdilər ki, təhlükəsizlik baxımından onlar bitcoin tranzaksiyalarının keçirilməsini dayandırıblar. Fevral ayının əvvəlində isə İngiltərənin və ABŞ-ın böyük bankları da bu yolla getməyi qərara aldılar. Bloomberg saytının məlumatlarına əsasən JP Morgan Chase, Bank of America və Citigroup kimi banklar artıq kredit kartları vasitəsilə bitcoin və digər kriptovalyuta tranzaksiyalarına qadağa qoyublar.


    Bununla belə hələ Yanvar ayında JP Morgan Chase bankının müştəriləri bu cür maliyyə əməliyyatlarının keçirilməsi imkanına sahib idilər. Lakin 3 Fevral tarixindən başlayaraq bu qadağa qüvvəyə mindi. Bu qadağa bütün kredit kart sahiblərinə (həm şəxsi həmdə korporativ) şamil olunur. Lakin sadalanmış bankların müştəriləri hələ də debet kartları vasitəsilə bitcoin ala bilərlər. Bankların bu cür qadağanı qəbul etmələrində bir neçə səbəb var. Onların arasında kriptoalyutaların qiymətlərinin düşmələri fonunda müştərilərin öz borclarını banklara qayatara bilməyəcəkləri, müştərilərin kredit kart məlumatlarının hackerlərin əllərinə keçməsi, kriptovalyutalar vasitəsilə külli miqdarda pul yuma var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×