Məşhur CCleaner tətbiqinin 2.27 milyon istifadəçisinin məlumatları oğurlandı

Məşhur CCleaner tətbiqinin 2.27 milyon istifadəçisinin məlumatları oğurlandı

Texnologiya
19.09.2017 PAYLAŞIM

Bir çoxlarınız kompüterin yaddaşını təmizləyən məşhur CCleaner tətbiqi ilə tanışsınız.

Bu tətbiq, kompüterin yaddaşındakı lazımsız faylların tapılması və pozulması üçündür. Bəzən onun vasitəsilə cihazda bir neçə GB yer də azad etmək olur. Lakin gözlənilmədən məlum oldu ki, CCleaner tətbiqi, hackerlər tərəfindən hack olunub. Təhlükəsizlik üzrə fəaliyyət göstərən “Cisco Talos” şirkəti təyin edib ki, tətbiqin son versiyalarında külli miqdarda viruslar var. Mütəxəssislər həmin virusları, 15 Avqust tarixində təqdim olunmuş 32-bit versiyalı CCleaner 5.33.6162-də və 15 Avqust tarixində təqdim olunmuş CCleaner Cloud 1.07.3191-də aşkar ediblər. Tətbiqin yaradıcısı “Piriform” şirkəti bildirib ki, viruslara yoluxmuş tətbiqi, 3% istifadəçi (2.27 milyon insan) yükləyib. Tətbiqdə olmuş zərərli kod, hackerlərin serverlərinə istifadəçilərin kompüter adlarını, IP ünvanları, yazılmış tətbiqlərin siyahısını və s. kimi məlumatları göndərib. Bütün CCleaner istifadəçilərinə, tətbiqin son versiyasına kimi yenilənməyi və virusların olma ehtimalına görə öz kompüterlərini yoxlamaq məsləhət görülür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×