Məşhur ekspert Sentyabrda təqdim olunacaq Apple məhsulları barədə məlumatlar verdi

Məşhur ekspert Sentyabrda təqdim olunacaq Apple məhsulları barədə məlumatlar verdi

Texnologiya
27.06.2018 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo (KGI Securities şirkətindən TF International Securities şirkətinə keçib) həmişəki kimi ən yaxşı bacardığı işi görür: O, Apple şirkətinin yaxın müddətdə təqdim edəcəyi məhsullar haqqında məlumat verir. Onun indiyənə kimi verdiyi məlumatlar siyahısına və həmin məlumatların digər mənbələr tərəfindən təsdiqlənməsinə nəzər saldıqda anlamaq olar ki, onun sözlərinə güvənmək olar. Buna görə də o deyəndə ki, LCD ekrana sahib iPhone 2018 modeli nəinki realdır həmdə Sentyabr ayında satışa çıxacaq, deməli bu belə də olacaq.

    Keçən il iPhone X, iPhone 8 iPhone 8 Plus modellərindən bir qədər gec satışa çıxdı. Bu, OLED ekranların istehsalında yaşanmış problemlər ilə əlaqəli idi. Həmin taleyin bu il də ekran üzərində çərçivəyə sahib olacaq LCD ekranlı iPhone 2018 modeli üçün də olacağı güman edilirdi. Lakin Ming-Chi Kuo həmin şayiələri alt-üst etdi. Bundan əlavə olaraq onun sözlərinə görə şirkət 6.1 inç ekrana sahib olacaq iPhone modelini 3D Touch texnologiyasından məhrum edəcək və onun arxa panelinə bir ədəd kamera yerləşdirəcək.

Bənzər xəbər


    Güman olunur ki, Sentyabrda satışa çıxacaq bu iPhone modelinin qiyməti 600-700$ dəyərində olacaq. Bu isə öz növbəsində iPhone X modelinin dizaynını bəyənən lakin onun qiymətindən narazı qalan istifadəçilərə öz smartfonlarını yeniləmək imkanını verəcək. Bundan əlavə olaraq məşhur analitik istifadəçi üzünün skan texnologiyasına sahib olacaq (çox güman ki, Touch ID-siz) iPad Pro modelindən də xəbər verib. Bununla yanaşı onun sözlərinə əsasən bizləri həmçinin ucuz MacBook Air modeli və böyük ekrana sahib olacaq yeni nəsil Apple Watch saatları gözləyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×