Məşhur fizik Lawrence Krauss-dan elm, din, kainat və s. haqqında 12 maraqlı sitat

Məşhur fizik Lawrence Krauss-dan elm, din, kainat və s. haqqında 12 maraqlı sitat

20.06.2017 PAYLAŞIM

17 İyun tarixində Moskvada keçirilmiş Geek Picnic adlı festivalda məşhur fizik Lawrence Krauss, kainatın yaradılışı və elmin bütün sahələrindəki vaciblikdən danışdı. Biz isə həmin çıxışdan 12 ən maraqlı sitatı sizlərə təqdim edirik.

Ən vacib özəllik haqqında:


Bəlkə də bu festival və kainat haqqında bildiyim ən vacib xüsusiyyət budur: Ən çətini, əslində qarşında nəyin olduğunu görməkdir. Elmin gözəlliyi ondadır ki, o, reallığın illüziyasından qurtulmağa və əsl dünyanı görməyə yardımçı olur.

Dünyanın necə qurulması haqqında:

Qış fəslində qar dənəciyini gördüyünüz zaman təsəvvür edin ki, siz həmin dənəciklərdən birinin üzərindəsiniz. Əgər siz qar dənəciyinin üzərində yaşasaydınız, dünya sizin üçün bir qədər fərqli görünəcəkdi. Qar dənəciyinin bir oxunda müəyyən fiziki qanun olduğu halda, ona perpendikulyar olan digər hissədə isə tamamilə fərqli fiziki qanunlar var. Fiziklər, fiziki qanunların hansı səbəbə görə bir istiqamətdə başqa cür, digər istiqamətdə isə tamamilə fərqli şəkildə olduğunu izah edə bilərdilər. Teoloqlar isə hansısa istiqamətdə müəyyən fiziki qanunun məhz tanrı tərəfindən qurulmasını söyləyəcəkdilər. Lakin real kainatda olduğu kimi bütün bunlar sadəcə olaraq illüziyadır.

Fizika haqqında:

Fizikada hər şey Hollywoodda olduğu kimidir. Əgər nəsə çalışırsa kopyala.

Sonsuzluq haqqında:

Fiziklər, sonsuzluqları sevmirlər. Riyaziyyatçılar onları sevirlər, fiziklər isə onlara nifrət edirlər. Belə ki, əgər sonsuzluq varsa, onda öncədən nəyisə söyləmək olmaz.

Elm və din arasındakı fərq haqqında:

Siz elm haqqında daha bir vacib xüsusiyyəti öyrənməlisiniz. Alimlər insanlardır. Bu isə o deməkdir ki, onlar yanılırlar. Lakin elmdə ən gözəl cəhət ondan ibarətdir ki, yanılmaq, digər insanların səhvlərini keçməyə və düzgün istiqamətdə hərəkət etməyə yardımçı olur. Elm, skeptisizm, sübutlar, yoxlanış, təkrar yoxlanış və daimi nəticə idarəolunması üzərində qurulub. Məhz buna görə elm, din deyil. Məhz buna görə elm çalışır, din isə çalışmır.

Elmin gözəlliyi haqqında:

İnsanlıq özünün ən yaxşı təzahüründə, kainatı kəşf etməyə hazırdır. Əslində hər şeyin necə qurulduğunu öyrənmək üçün insanlıq öz əqidə və inancından vaz keçməyə hazırdır. Bu cür yanaşma bizim özümüzə olan nöqteyi nəzərimizi dəyişir. Elm, musiqi və ədəbiyyat kimi elm də bizim mədəniyyətin bir hissəsidir. Bu, uğrunda insan olmağa dəyəcək bir xüsusiyyətdir. Biz texnologiyalara böyük hörmətlə yanaşırıq. Lakin elmin gözəlliyi təkcə tenologiyalarda deyil, həmdə elmin, bizim özümüzə baxış tərzimizi dəyişə biləcəyindədir.

Böyük Adron Kollayderi haqqında:

Əgər BAK-ı ziyarət etmək kimi bir şansınız olsa bunu mütləq edin. Onun necə böyük olduğunu sözlərlə ifadə etmək qəlizdir. Lakin onun haqqında bir şeyi deyə bilərəm. BAK-da hər saniyə, dünyanın bütün kitabxanalarında olan məlumatlardan daha çox məlumat əldə olunur. Biz hər dəfə bu məlumatların yeni emal üsullarını kəşf etməli oluruq.

Elmin, insanları birləşdirən dəyər kimi xüsusiyyəti haqqında:

Mən, BAK-ı, 21-ci əsrin qotik tərzində inşa edilmiş kilsə adlandırıram. Qotik tərzdə hazırlanmış kilsələr əsrlərlə müxtəlif ölkələrdə olan minlərlə insan tərəfindən o vaxta əsasən ən aparıcı texnologiyalar vasitəsilə inşa edilmişdilər. Həmin kilsələr, tanrıya sitayiş etmək üçün nəzərdə tutulmuşdu. BAK isə 10.000-ə yaxın fizik tərəfindən 20 il ərzində inşa edildi. Onların arasında müxtəlif ölkələrdən olan insanlar var idi və bu insanlar fərqli-fərqli dinlərə sitayiş edib fərqli dillərdə danışırdılar. Lakin bu o qədər də önəmli deyil. Onların hamısı kainatın necə çalışdığını öyrənmək istəyirdilər. Onlar bilmək istəyirdilər ki, nəyə görə biz burdayıq və hardan gəlmişik. Belə bir məqsədə nail olmaq üçün isə onlar birgə çalışdılar. Bu bir daha onu sübut edir ki, elm insanları birləşdirir, din isə onları ayırır.

İncəsənət haqqında:

Mən impressionizmi sevirəm. O, uzaqdan möhtəşəmdir. Lakin ona yaxınlaşdıq da, onun necə bərbad olduğunu görürsən. Təbiəti də buna misal gətirmək olar.

Darvin haqqında:

Bizə, nəyinsə bilərəkdən yaradılışı haqqında fikir gələndə biz çox ehtiyyatlı olmalıyıq. Kainat bizim üçün yaradılmayıb və bunu ilk dəfə bizə sübut edən məhz Darvin oldu. O göstərdi ki, kainatın bizim üçün yaradılması hissi yalnız illüziyadır. Bu sadəcə olaraq təbii seçmənin təsadüfüdür. Məhz buna görə Darvin bütün zamanların ən böyük elm adamlarından biridir. Darvin göstərdi ki, Yer kürəsində olan heyrətləndirici həyat rəngarəngliyi çox sadə bir şeydən başlaya bilər. Biz isə öyrəndik ki, bütün müxtəlifliklərə sahib olan kainat da bu cür nöqtədən yaranıb.

Elmin təkamülü haqqında:

Elm öz zamanının məhsuludur. 1863-cü ildə Darvin belə bir cümləni qeyd etmişdi. “Bugün həyatın yaranışı haqqında düşünmək mənasızdır. Bu, materiyanın hardan yaranması haqqında düşünməyə bənzəyir”. 1863-cü ildə bu həqiqətən də dəlisov bir düşüncə idi. Lakin indiki gündə mənə buna görə pul ödəyirlər.

Gələcək haqqında:

Bəlkə də gələcək əhəmiyyətsizdir və nəticə etibarilə hər şey yox olacaq. Lakin ovqatı pozmağa ehtiyac yoxdur. Ən yaxşısı, təkamül çərçivəsində öz beynimizi inkişaf etdirərək özümüzə bu cür suallar verib günün altında bu kiçik andan həz ala bildiyimizə sevinməkdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×