
Məlumdur ki, hazırda marketinq və kommunikasiya dünyasında “İnfluencer” strategiyaları diqqət mərkəzindədir. Ölkəmizdə də bu trend ilə bağlı maraqlı layihələr edilir.
Technote.az bildirir ki, Bakıda növbəti dəfə qeyd edilən sahə ilə baölı “Global İnfluencer Day” keçiriləcək.
Tədbir Keepface İnfluencer Marketinq Platformasının rəsmi dəstəyi ilə FA İnternational Trade Events şirkəti tərəfindən oktyabrın 27-28-də baş tutacaq
Regionda ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir. Belə ki, “Global İnfluencer Day” tədbirində “influencer”lar, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasının nümayəndləri iştirak edəcək.
“Global İnfluencer Day” –ə Microsoft, Google və Instagram kimi texnologiya nəhənglərinin nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlər və uğurlu təşəbbüskarlar da qatılacaq
Onlar tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzuları müzakirə edəcək.
Həmçinin, tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirəcəklər.
Tədbirə bu il qatılacaq spikerlər siyahısında Microsoft Azərbaycan, Türkmənistan və Tacikistanın baş meneceri Sərxan Həşimov, Forbes jurnalında Qlobal Sahibkarlıq yazıçısı Elmira Bayraslı və Google Marketinq Həlləri və Şəxsi Brend Təlimçisi Nina Levçuk kimi şəxslər yer alır
“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri https://influencerday.org/ ünvanından izləyə bilərsiniz.
Şərh yoxdur