Məşhur insayder Razer Phone 2 gamer smartfonunun yeni fotosunu paylaşdı

Məşhur insayder Razer Phone 2 gamer smartfonunun yeni fotosunu paylaşdı

Texnologiya
28.09.2018 PAYLAŞIM

    Məşhur insayder Evan Blass Razer Phone 2 gamer smartfonunun yeni fotosunu paylaşıb. Əgər əvvəlki məlumat sızıntılarına əsasən yeni modeldə dizayn dəyişikliyi olmayacaqdısa, paylaşılmış yeni foto bunun tam əksini deyir. Yeni smartfon cüzi də olsa dizayn dəyişikliyinə sahib olacaq. Belə ki, Razer Phone 2-nin arxa paneli əvvəlki versiyadan fərqlənir. Yeni modeldə ikili arxa kamera üfüqi formada yerləşdirilib. Kameranın aşağı hissəsində isə Chroma LED işıq texnologiyasına sahib şirkət loqosu yerləşir. Razer Phone 2  QHD+ keyfiyyətli 6 inç ekranla təchiz olunmalıdır. Geekbench AnTuTu bençmark saytlarındakı testlərə əsasən yeni model Snapdragon 845 prosessoruna sahib olacaq. Lakin Google şirkətinin saytında smartfonun Snapdragon 835 prosessoru ilə təchiz olunacağı barəsində məlumatlar yayılmışdı. Smartfon bir neçə daxili yaddaş versiyasında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Razer Phone 2 smartfonunun təqdimatı 10 Oktyabr tarixində baş tutacaq. Güman olunur ki, onun qiyməti 700$ təşkil edəcək.


Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×