main-post-cover

    Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

    Elm & Texnologiya
    02.08.2020
    Nijat Hamid
            Fotoqrafiya dünyası ilə maraqlanan insanların daha yaxından tanıdığı əfsanə şirkət Kodak son illərdə çətin vəziyyətdə idi. Bazardakı rəqiblərinin artması ilə hissə sənədlərinin dəyəri də düşən şirkət 2013-də az qalsın batacaqdı. Şirkətin ABŞ-ın Trump administrasiyasının tələbi ilə koronavirus dərmanları üçün maddələrin hazırlanmasında fəal iştirak edilməsinə qərar verildikdən sonra Kodak-ın bazar dəyəri 1500% artdı.

    Kodak şirkətinin bazar dəyəri 92 milyon dollardan 1.5 milyard dollara yüksəldi.

            Kodak bu uğuru isə sadəcə 1 həftə ərzində əldə etdi. Həmçinin bazar dəyəri artdıqdan sonra şirkət dövlətdən 765 milyon dollar dəyərində kredit də aldı. Şirkətin əsas məqsədi koronavirusa görə istifadə edilən dərmanların hazırlanması üçün lazım olan maddələri təmin etmək və istehsal etmək olacaq. Bütün bu xəbərlər mediaya yansıdıqdan sonra Kodak şirkətinin Wall Street-dəki hissə dəyərləri 2 dollardan 50 dollara qədər yüksəldi. Sonra isə 30 dollara sabitləndi. Bu da şirkətdə hissə sahibi olan insanlara böyük məbləğlərdə qazanc gətirdi. Ümid edirik ki, şirkət öz gücünə təkrar qovuşaraq fotoqrafiya bazarındakı yerini bərkidə bilər.
    Linki kopyala