Məşhur mütəxəssis gələcək iPhone-lar haqqında məlumat verdi

Məşhur mütəxəssis gələcək iPhone-lar haqqında məlumat verdi

Texnologiya
29.01.2018 PAYLAŞIM

 “KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo 2018-2019-cu illərdə olacaq iPhone modelləri barəsində məlumatları verməyə davam edir.

    Qeyd etmək lazımdır ki, Ming-Chi Kuo bu barədə yetəri nüfuza sahibdir və onun proqnozları demək olarki həmişə düz olur. O bildirib ki, bu il “Apple” 3 ədəd iPhone satışa çıxaracaq. Daha aşağı qiymət göstəricisinə sahib olacaq model iPhone 9 olacaq və o, 6.1 inç LCD ekranla təmin olunacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən bu model 3 şirkət tərəfindən istehsal olunacaq: “Pegatron” (60%), “Foxconn” (30%) və “Wistron” (10%).

    “Japan Display” şirkəti LCD ekranların 70%-ni “Apple” üçün istehsal edəcək. Full Active texnologiyası sayəsində smartfonun hər tərəfdən kənar çərçivələri 0.5 mm olacaq. Sözügedən modelin ekranı 18:9 nisbətində olacaq. Bundan əlavə olaraq o, 2850-2950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu isə iPhone X-in batareyasından 8% böyükdür. iPhone 9-un qiymətini 700-800$ civarında saxlamaq üçün smartfon 3D Touch texnologiyasız olacaq və bir arxa kamera ilə təchiz olunacaq.



    Həmçinin iPhone 9 Face ID texnologiyası, TrueDepth kamerası və Animoji-yə də sahib olacaq. Analitikin məlumatına əsasən iPhone X-in ikinci nəsli iPhone XsiPhone Xs Plus (6.5 inç ekran) adlana bilər. Onun sözlərinə görə hər iki model 4 GB RAM və 3300-3400 mAh enerji tutumlu batareyalar ilə təchiz olunacaq. Hər iki modeldə batareyaların forması iPhone X-dəki kimi “L” hərfi formasında olacaq və hər iki model OLED ekranla təchiz olunacaq. Lakin güman olunur ki, iPhone Xs modeli LCD ekrana sahib olacaq.

    Analitikin dediklərinə görə bu il iPhone X-də nəzərə çarpacaq dəyişikliyi gözləmək lazım deyil. TrueDepth kamerası həminki versiyada olacaq və hər 3 model üçün nəzərdə tutulacaq. Həmin kameranın yalnız 2019-cu il modeli iPhone-da yenilənəcəyi gözlənilir. Bundan əlavə olaraq 2019-cu il iPhone modelində TrueDepth kamerası smartfonun həm arxa həmdə ön panelində olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×