
Məşhur servislərin hesab şifrələri qara bazarda neçəyə satılır?
Elm & Texnologiya
09.03.2018
Emil
Top10vpn.com saytı maraqlı tədqiqat apararaq Apple istifadəçilərinin hesablarının şifrələrinin qara bazardakı qiymətlərini öyrənib.
Ən azı bir dəfə fishing dələduzluğuna
tutulmuş istifadəçilər əsasən diqqətli olmalıdırlar. Pis niyyətli şəxslər
hansısa istifadəçinin Apple ID şifrəsini sadəcə 15.39$-a əldə edə bilərlər.
Apple ID hesablarından əlavə olaraq dələduzluq ilə məşğul olan saytlarda həmçinin
274$-a PayPal hesablarını və ABŞ-da açılmış bank hesabı kodunu 160.15$-a əldə
etmək olar.
Adətən bu cür şifrələrin qiymətləri hesabdakı balans vəsaitinin 10%-ni təşkil edir. Bu cür
saytlarda istəyə uyğun olaraq hərraclarda iştirak edib hansısa şəxsin pasport məlumatlarını
60$-a almaq olar. Amazon və Walmart kimi online mağaza şifrələrini cəmi 10$-a əldə
etmək mümkündür. eBay hesabı şifrəsinə görə isə 12$ tələb olunur. Məsələn Skype
hesabı şifrələri 10$-dan satılır. Mütəxəssislər istifadəçilərə diqqətli olmağı
və şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
