
Məşhur videoblogger Scotty Allen öz iPhone cihazının yaddaşını 16 GB-dan 128 GB-a kimi yüksəldib. Scotty Allen özünün Strange Parts adlı YouTube kanalı ilə məşhurdur. O tez-tez Apple smartfonlarını təkmilləşdirir və Çinin elektronika bazarı haqqında maraqlı məlumatlar verir. Bundan öncə də o, edilməsi qeyri-mümkün hesab edilən şeyləri edib.
Məsələn keçən il Scotty iPhone cihazının korpusunu tamamilə dəyişərək ona parlayan loqo vurmuş, 2017-ci ilin Senyabr ayında isə öz iPhone 7 cihazına qulaqlıqlar üçün 3.5 mm-lik audiogiriş yerləşdirmişdir. İndi isə növbə smartfonun daxili yaddaşına çatıb. Təbii ki, onun etdiklərini adi sıravi insan edə bilməz. Belə ki, daxili yaddaş dəyişilməsi prosesi olduqca çox vaxt aparır və xüsusi bacarıqları tələb edir.
Bu prosesi etməyi qərar vermiş şəxs çap plataları ilə diqqətli çalışmağı bacarmalı, lazımi flash modulu tapmalı və ən əsası prosessordakı məlumatları idarə etmək üçün xüsusi cihaza sahib olmalıdır. Buna görə də Scotty Allen-in bu videosunu bir meydan oxuma kimi qəbul etmək lazım deyil. Bu sadəcə Apple smartfonunun təkmilləşdirilməsi barəsində maraqlı bir videodur.