
Smartfonların, əyilməyə qarşı dözümlülüyünü yoxlayan məşhur YouTube kanalı olan JerryRigEverything, yenicə satışa çıxmış iPhone 8 modelinin suya necə dözümlü olduğunu yoxlayıb.
Bunun üçün o, smartfonun unboxing-ni suyun altında edib. Qeyd etmək lazımdır ki, keçən ilki modellər kimi iPhone 8 də, IP67 standartına əsasən sudan qorunma özəlliyinə sahibdir. Bu isə o deməkdir ki, yeni iPhone modelləri, qısa müddətlik şərtilə 1 metr dərinliyə kimi dözə bilərlər. Lakin bununla belə, əgər su, korpusun daxilinə keçsə, onda şirkət sizə təmirdə imtina edəcək.
Buna görə də məşhur videoblogger, bu yeni modelin suya qarşı dözümlülüyünü yoxlamağa qərar verdi. iPhone 8-in hissələrə ayrılması nəticəsində məlum oldu ki, smartfonun bütün daxili detalları, xüsusi rezin materiallı tıxaclar vasitəsilə sudan qorunmaya sahibdirlər. Həmin rezin tıxaclar, Lightning girişində, bütün düymələrdə və SIM kart girişində yerləşdiriliblər. Mikrofon və səsgücləndiricilər də sudan qorunma özəlliyinə sahibdirlər. Bundan əlavə olaraq iPhone 8-in daxilinə su, sınmış arxa şüşədən də daxil ola bilər.
Şərh yoxdur