Məşhur WikiLeaks saytının yaradıcısı Julian Assange həbs olundu (VİDEO)

Məşhur WikiLeaks saytının yaradıcısı Julian Assange həbs olundu (VİDEO)

11.04.2019 PAYLAŞIM

    Məşhur WikiLeaks saytının yaradıcısı Julian Assange Londonda yerləşən Ekvador səfirliyində 7 il yaşayışdan sonra yerli polislər tərəfindən həbs edildi. Bu barədə 4pda saytı xəbər verib. Casus qalmaqallar, hökumət sıralarında korrupsiyalar, hərbi cinayətlər və s. kimi mövzularda gizli sənədləri paylaşmış avstraliyalı jurnalist Julian Assange 2012-ci ilin 19 iyun tarixindən bəri Londondakı Ekvador səfirliyində yaşayırdı. "Julian Assange Ekvador səfirliyini tərk etməyib. Ekvadorun Londondakı səfiri İngiltərə polisini səfirliyə dəvət edib və nəticədə Julian Assange həbs edilib" - deyə WikiLeaks saytında bildirilib.

    London polisinin rəsmi bəyanatında bildirilib ki, Julian Assange, onun 2012-ci ildə məhkəməyə təslim olması təklifindən imtina etməsindən sonra Vestminster regionunun beynəlxalq məhkəməsi tərəfindən çıxarılmış həbs orderi vasitəsilə ekvador polisi tərəfindən həbs edilib. Ekvador hökumətinin Juilan Assange üçün olan sığınacağı geri çağırandan sonra polislər Ekvador səfirliyinin binasına daxil olublar. Hal hazırda o, Londonun mərkəzi polis məntəqəsində saxlanılır və onu yaxın zamanda Vestminster məhkəməsinə təhvil vermək niyyətindədirlər. Bir neçə müddət bundan öncə Ekvadorun prezidenti Lenin Moreno bildirmişdi ki, Julian Assange dəfələrlə siyasi sığınacaq şərtlərini pozub. Həmin şərtlərə əsasən Julian Assange yalan danışmamalı və insanların istifadəçi hesablarını, telefonlarını hack etməməlidir.


    Buna cavab olaraq WikiLeaks saytının təmsilçiləri Ekvador səfirliyini Julian Assange üzərində casusluqda günahlandırıblar. Onların sözlərinə görə səfirlik əməkdaşları Julian-ın minlərlə fotosunu çəkiblər. Bu isə özəl həyata qarışmaq deməkdir. Məlumata əsasən Ekvador hökuməti Julian-a verilmiş siyasi sığınacağın geri çağırılması üçün bilərəkdən bəhanələr axtarırmış. "Mən elan edirəm ki, Julian Assange-ın nəzakətsiz və aqressiv davranışı, onun ittifaq təşkilatının Ekvadora qarşı düşməncəsinə və təhdidcəsinə edilmiş bəyanatları və beynəlxalaq razılaşmaların pozulması ona gətirib çıxardı ki, siyasi sığınacaq Julian Assange üçün artıq fəaliyyət göstərmir" - deyə Ekvador prezidenti Lenin Moreno bildirib.

    Keçən ilin noyabr ayında təsadüfi paylaşımlar nəticəsində gizli sənədlərin yayılması məlum olandan sonra ABŞ-ın Ədliyyə Nazirliyi Julian-a qarşı cinayət işi açmışdı, Bundan əlavə olaraq Julian Assange ABŞ-ın Demokratik partiyasının və Klintonun seçkiqabağı kampaniyasının oğurlanmış kompüterləri vasitəsilə ortaya çıxarılmış gizli materiallar ilə 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsində iştirakında şübhələndirilir. ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyadan olan 12 hackeri kompüterlərin hack olunmasında günahlandırır. Məhkəmənin verdiyi qərarda isə qeyd edilir ki, həmin hackerlərdən biri WikiLeaks ilə əlaqəli olub.

    Ekvador prezidentinin sözlərinə əsasən Julian Assange ABŞ-a ekstradisiya olunmayacaq. Əks halda onu ABŞ-da ölüm hökmü gözləyir. "Bizim, insan hüquqları və beynəlxalq hüquq normalarına riayət etməyimizə əsasən mən, Julian Assange-ı işgəncələrin və ölüm hökmünün gözlədiyi ölkəyə onun ekstradisiya olunmayacağı üzrə İngiltərə hökumətindən zəmanət tələb etdim. İngiltərə hökuməti isə yazılı şəkildə öz qaydalarına uyğun bunu təsdiq etdi" - deyə Lenin Moreno bildirib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..