Məsləhətli App #1: 'Cambly' - Seçilmiş müəllimlər ilə onlayn xarici dil öyrənmək platforması (İCMAL)

Məsləhətli App #1: 'Cambly' - Seçilmiş müəllimlər ilə onlayn xarici dil öyrənmək platforması (İCMAL)

21.07.2017 PAYLAŞIM

İnternet və günü-gündən inkişaf edən əlaqə vasitələrinin köməyi ilə fərqli dil və mədəniyyətə sahib insanların bir-biri ilə dialoq qurma imkanları 90-cı illərin sonundan etibarən daha da artmışdır. Dünyanın hər bir yanında fərqli dillərdə danışan insanların münasibət qurmaq üçün ən çox istifadə etdikləri beynəlxalq dil şübhəsiz ki, ingilis dilidir. İngilis dilinin bu qədər əhəmiyyətli dil olmasını sübut edən bir amil kimi orta məktəblərdə ibtidai siniflərdən etibarən bu dilin tədris edilməsi göstərilə bilər. Elmi araşdırmalar göstərir ki, dil öyrənmək üçün ən uyğun və faydalı dövr 8-15 yaş aralığıdır. Xarici dil öyrənməyin bu qədər əhəmiyyətli olduğu bir vaxtda bu bacarığı texnologiyanın köməyi ilə inkişaf etdirmək isə işimizi çox asanlaşdıra bilər.

Bu xəbərdə sizlərə xarici dil bacarıqlarınızı inkişaf etdirməyə yardımçı olacaq Cambly-ni təqdim edirik. Skype-a bənzəyən bu öyrədici tətbiqdə ingilis və ispan dillərini öyrənə və inkişaf etdirə bilərsiniz. İki köhnə Google proqramçısı Sameer Shariff və Kevin Law tərəfindən 2013-cü ilin əvvəllərində yaradılan bu platforma geridə qalan 4 il ərzində bir neçə uğura imza atmışdır.

Cambly tamamilə online danışıq və praktika metoduna əsaslanır. Bu tətbiqi aylıq “dəqiqə paketləri” satın alaraq istifadə edirsiniz. Məsələn, hər gün 15 dəqiqəlik online danışıq dərsləri qarşılığında aylıq 60 dollar ödəyirsiniz. Xidmətdə qeydiyyatdan keçdikdən sonra hansı saatlarda danışıq üçün uyğun olduğunuzu qeyd edirsiniz və qarşınıza buna uyğun müəllimlər çıxır. Müəllimlərin bir neçə sətrlik özləri haqqında yazdıqları məlumatları oxuyaraq da seçim etmək mümkündür. Danışıq zamanı yol verdiyiniz səhvləri daha sonra təhlil edə bilmək də xidmətin təqdim etdiyi imkanlar arasındadır.

Cambly-də müəllim olmaq üçün hər hansısa bir akademik ixtisasdan və ya spesifik bir sahədən məzun olmaqtələb olunmur. Tədris etmək istədiyi dili “ana dili” kimi danışa bilən hər kəs Cambly-də müəllimlik üçün müraciət edə bilər. Xidmət burada çalışmaq istəyən müəllimlərə online danışığın hər dəqiqəsi üçün 0,17 Cent-lik bir ödəniş edir ki, bu da saatda 10,20 dollar deməkdir. Hal-hazırda xidmətin minlərlə müəllimə sahib olduğunu qeyd etmək də yerinə düşər.

Cambly tətbiqini Google Play və AppStore-dan heç bir ödəniş etmədən yükləyə bilərsiniz. Tətbiqdaxili ödənişlərə gəldik də isə bunu deyə bilərik ki, dost və tanış çevrəniz böyükdürsə Cambly-dən pulsuz istifadə də edə bilərsiniz. Çünki xidmət hər dəvət etdiyiniz dostunuza 15 dəqiqə, həmin dostunuz 15 dəqiqəlik vaxtını istifadə edib bitirdikdə isə sizə 5 dəqiqə bonus verir. Tətbiqin özündə də qeyd olunduğu kimi əgər dəvət etdiyiniz şəxs xidmətə abunə olursa siz 60 dəqiqə daha bonus əldə etmiş olursunuz. Müəyyən sayda şəxs dəvət etdikdən sonra isə Cambly-dən istifadəniz tamamilə ödənşsiz olur.

 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..