Məsləhətli App #12: 'Sarahah' - Tez bir zamanda məşhurlaşan bu tətbiq ilə anonim mesajlar göndərə bilərsiniz  (İCMAL)

Məsləhətli App #12: 'Sarahah' - Tez bir zamanda məşhurlaşan bu tətbiq ilə anonim mesajlar göndərə bilərsiniz (İCMAL)

Texnologiya
04.08.2017 PAYLAŞIM

"Hal-hazırda ən məşhur tətbiq hansıdır?" sualına bir müddət öncəyə qədər yəqin ki, çox fikirləşmədən Facebook, YouTube, WhatsApp, İnstagram cavabını verərdik. Lakin tez bir zamanda bu siyahıya yeni bir ad əlavə olundu. Belə ki, artıq ən məşhur tətbiq Sarahah-dır! Bu yazımızda tez bir zamanda böyük məşhurluq qazanan tətbiqi incələdik.

Sarahah nədir?

Səudiyyə Ərəbistanınından olan developer Zain əl-Abidin Tawfiq tərəfindən hazırlanan Sarahah adlı tətbiq əslində anonim mesajlar göndərib, almağınıza şərait yaradan sosial şəbəkədir. Ərəb dilində "dürüstlük" və ya "dürüst olmaq" mənasını verən Sarahah tətbiqi bir yanacaq şirkətində işləyən Tawfiq tərəfindən 2016-cı ildə insanların bir-birinə qarşı dürüst olmasını təmin etmək məqsədi ilə yaradılıb.Sarahah-ın əsas prinsipinə görə insanlar mesajlarını anonim şəkildə yazdıqda daha dürüst olurlar. İlk olaraq Avropa və ərəb ölkələrində məşhurlaşan tətbiqin miqyası tez bir zamanda bütün dünyanı əhatə etdi. Belə ki, Sarahah tətbiqi ABŞ, İngiltərə, Avstraliya kimi böyük ölkələr başda olmaqla bir çox ölkədə 1-ci sıraya yüksəlib. Bu həftə içi ölkəmizdə də məşhurlaşan tətbiq artıq böyük bir kütlə tərəfindən istifadə olunur. 


İlk vaxtlar sadəcə websayt kimi fəaliyyət göstərən Sarahah tətbiqi ərəb ölkələrindəki məşhurluğunun artmasından sonra App Store-da və Google Play-də də öz yerini aldı. Hər gün daha da inkişaf edən tətbiq hal-hazırda sosial media nəhəngləri ilə "çiyin-çiyinə" mübarizə aparır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×