Məsləhətli App #15: 'TutuDiet' - Həkim dietoloq Tutu Zeynalovadan dietik tətbiq

Məsləhətli App #15: 'TutuDiet' - Həkim dietoloq Tutu Zeynalovadan dietik tətbiq

09.10.2017 PAYLAŞIM

    Xüsusən xanımların pəhriz mövzusunda nə qədər diqqətli olduqlarını bilirik. Gündəlik nə qədər kalori qəbul etdiklərini bilmək, addımlarını ölçmək və ən əsası çəkiyə nəzarət etmək hər bir xanımın istəyidir. Rəqəmsallaşan dünyada bu ölçümləri aparmaq artıq daha rahat bir hala gəlib.

    Tibb və texnologiyanın birləşdiyi sahə olan "Medtech" (Medical Technology), texnologiyanın artıq sağlamlığımıza da tətbiq edilməsinə imkan verir. Tibb sahəsinə texnoloji həllərin tətbiqi nəticəsində artıq inqilabi dəyişikliklər əldə olunmuşdur. Artıq hamının smartfonu var və insanlar internetə bağlı bir şəkildə həyat sürür. Belə bir vəziyyətdə "Medtech" imkan verir ki, biz əlimizdə olan cihazlardan daha faydalı məqsədlər üçün istifadə edək.


    Qlobal miqyasda belə həlləri təqdim edən tətbiqlər çoxdur və bizə yaxşı tanışdır. Bununla yanaşı çox yaxşı bir haldır ki, artıq bu sahədə yerli tətbiqlər də istifadəyə verilməyə başlanıb (Azərbaycan dilində). Bugün bu tətbiqlərdən biri olan 'TutuDiet' haqqında məlumat verəcəyik. Məşhur həkim dietoloq Tutu Zeynalovanın rəqəmsal dildə desək, alqoritmləri ilə hazırlanan bu tətbiq, istifadəçiyə bir çox faydalı imkanlar təqdim edir.        Aydındır ki, gün ərzində müəyyən qədər məsafə qətt edirik, su içirik, qida qəbul edirik və yuxuya gedirik. Bu təbii proseslərin gedişatı təbii ki, bizim çəkimizə öz təsirini göstərir. Burada həmin təsirləri ölçmək üçün ən yaxşı vasitə elə rəqəmsal həllərdir. 'TutuDiet' tətbiqi bu mövzuda bir neçə imkan təqdim edir. Siz bu tətbiqdən istifadə etməklə, öz şəxsi profilinizi formalaşdıra bilərsiniz. Şəxsi hesabınızda, çəkinizi, boyunuzu, hədəf çəkinizi və digər göstəriciləri daxil etməklə, istədiyiniz çəkiyə qısa zamanda və nizamlı bir şəkildə çata bilərsiniz.

    Tətbiqin əsas məqsədlərindən biri də istifadəçinin suya olan təlabatını artırmaqdır. Yəni, gündəlik həyatımızda suya ehtiyacımız olmadığı zamanlarda onu, içmək üçün istifadə etmirik. Amma hər bir insan üçün gündəlik su təlabatı norması mövcuddur. Tətbiq, sizə bu normaya çatmaqda əyləncəli bir şəkildə kömək edir. Siz, gündəlik qəbul etdiyiniz kalori miqdarını daxil etməklə müxtəlif nəticələri də əldə edə bilərsiniz. Eyni zamanda tətbiq, sizin yuxu müddətinizi və atdığınız addımları hesablaya bilir. Tətbiqdən istifadə etməklə, hədəflərinizi müəyyən edə bilərsiniz. 100 dəfə oxumaqdansa bir dəfə sınamaq daha yaxşıdır. Elə isə sözügedən tətbiqi buradan həm iOS, həm Android platformasına uyğun yükləyə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×