Məsləhətli App #2: 'Documents 6' - iOS cihazlar üçün fayl menecer, brauzer və PDF oxuyucu tətbiq (İCMAL)

Məsləhətli App #2: 'Documents 6' - iOS cihazlar üçün fayl menecer, brauzer və PDF oxuyucu tətbiq (İCMAL)

22.07.2017 PAYLAŞIM

Scanner Pro, Printer Pro, PDF Converter və s. bu kimi məşhur tətbiqlər ilə iPhone iPad sahiblərinin işlərini asanlaşdıran Readdle firması demək olar ki, əksər iOS istifadəçiləri tərəfindən tanınır. Bu xəbərdə sizlərə məsləhət gördüyümüz tətbiq Readdle firmasının Documents 6 adlı tətbiqidir. Bəs Documents 6 nədir və bizə hansı imkanları təqdim edir? Bu kimi suallara cavab tapmaq üçün tətbiqlə daha yaxından tanış olaq.Documents 6 iOS cihazlarda istifadə edə biləcəyiniz geniş imkanlı və istifadəsi rahat olan bir fayl meneceridir. Tətbiqi istifadə edərək istədiyiniz faylı oxuya, dinləyə, görüntüləyə, yükləyə və qiymətləndirə bilərsiniz. Əgər cihazdakı faylların nizamlı, bir arada olmasını sevirsinizsə Documents 6 tam da sizin axtardığınız tətbiqdir. 

Tətbiqin ən önəmli özəlliklərindən biri olduqca stabil işləməsidir. Tətbiqi evdə, işdə və ya hər hansısa bir məkanda fərqli cihazlarda işlədib, onlar arasında əlaqə yarada bilərsiniz. Documents 6-nın köməyi ilə fayllarınızı, PDF sənədlərinizi və yüklədiklərinizi görüntüləməkdən əlavə eyni zamanda mahnı və videolarınızı da aça bilərsiniz. Yalnızca fayl menecer tətbiqi olmayan Documents 6 media fayllarınızı da idarə etmənizə imkan verir. Documents 6-nın təqdim etdiyi özəllikləri bir araya topladıqda ortaya aşağıdakı siyahı çıxır.

Özəlliklər:

- Fərqli növ sənədlərin görüntülənməsi

- PDF sənədləri oxuma, qiymətləndirmə və qeyd əlavə etmə imkanı

- İnkişaf etmiş sənəd axtarışı

- Kitab və digər bu kimi yazılı faylların oxunması

- Film və digər səsli faylların açılması

- iCloud, Dropbox və Google Drive ilə sinxron ola bilmə

Documents 6 iOS istifadəçilərinin cihazlarına ilk yükləyəcəyi əhəmiyyətli tətbiqlərdən biridir. iPhone və iPad-ləriniz üçün Documents 6 tətbiqini App Store-dan ödənişsiz yükləyib bütün bu özəlliklərdən faydalana bilərsiniz.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..