Məsləhətli App #3: 'Telegram' - WhatsApp-dan daha yaxşı messencer tətbiq (İCMAL)
Digər
24.07.2017
Vüsal Heydərov
Dünyada ən məşhur tətbiqlərdən biri WhatsApp Messencer-dir. Belə ki, bu tətbiq ayda təxminən 1,2 milyard insan tərəfindən istifadə edilir. Ölkəmizdə də kifayət qədər istifadəçisi olan WhatsApp nə qədər mükəmməldir? İlk öncə onu qeyd edək ki, WhatsApp-ın ən məşhur messencer olması onun eyni zamanda ən yaxşı messencer olması anlamına gəlmir. Bu xəbərdə haqqında danışacağımız Telegram adlı messencer tətbiqinin bəzi özəlliklərinin WhatsApp-dan daha üstün olduğunun şahidi olacaqsınız. Sözü çox uzatmadan Telegram ilə tanış olaq.
Telegram olduqca sürətli və istifadəsi rahat messencer tətbiqdir. Komputer, planşet və smartfonlarınızda istifadə edə biləcəyiniz tətbiqlə asanlıqla fayl transferi də edə bilərsiniz. Telegram heç bir say məhdudiyyəti olmadan mesajlar, şəkillər, videolar və sənədlər (.doc, .zip, .pdf, .mp3 və s.) paylaşmağınıza imkan verir. Onu da qeyd edək ki, Telegram-da fayllarınızı ümumi paylaşa biləcəyiniz 10.000 nəfərlik qrup yarada bilərsiniz.
Yuxarıda da qeyd olunduğu kimi Telegram ilə bir çox fayl növünü (Video, Şəkil, PDF, Audio, Sənəd, Kontakt, Məkan) qarşı tərəfə göndərə bilərsiniz. Bu fayl transferlərində həcm məhdudiyyəti isə 1,5 GB-dır. Bəli, yanlış oxumadınız - 1,5 GB.
Xəbərin başlığında qeyd olunan "WhatsApp-dan daha yaxşı messencer tətbiq" ifadəsinə aydınlıq gətirək. Telegram interfeys və mahiyyət cəhətdən WhatsApp-a bənzəsə də ondan daha üstün və "əzici" özəlliklərə sahibdir. Sözügedən özəlliklər ilə daha yaxından tanış olaq.
- Telegram-dan istifadəyə eyni WhatsApp-da olduğu kimi mobil nömrənizə gələn təsdiqləmə kodunu daxil etməklə başlayırsınız. Əsas fərqlilik bundan sonra başlayır. Telegram-da söhbətə başlamaq üçün @İstifadəçiAdı şəklində bir istifadəçi adı yaradaraq söhbətə başlaya bilərsiniz və beləliklə mobil nömrənizi qarşı tərəfə vermək məcburiyyətində qalmırsınız.
- WhatsApp mesajlarınız sadəcə tətbiqin qurulu olduğu cihazda qalarkən, Telegram "bulud əsaslı" tətbiq olduğu üçün ən son mesajlarınız tətbiqin qurulduğu bütün cihazlarda saniyələr içərisində sinxronizasiya olunur.
- WhatsApp ilə göndərdiyiniz faylların keyfiyyəti aşağı düşür. Bu məsələ əksər WhatsApp istifadəçisinin şikayətləndiyi ən əsas problemdir. Telegram ilə göndərilən fayllar eyni keyfiyyətlə transfer olunur və yuxarıda da qeyd olundğu kimi həcm limitinin 1,5 GB olması demək olar ki, bütün fayllarınızı paylaşa bilməyiniz deməkdir.
- WhatsApp-da müddətli və özü-özünü silə bilən mesaj özəlliyi yoxdur. Telegram-ın təqdim etdiyi bu özəlliklə mesajlarınızın qeyd etdiyiniz müddətdən sonra cihazlardan və serverdən silinə biləcəyi şəkildə söhbət edə bilərsiniz.
- WhatsApp-da maksimum qrup üzvü sayı 256-dır. Telegram-da isə bu rəqəm nə az, nə çox tam 10.000-dir. Bu məlumatı oxuduqdan sonra "onsuz da o qədər çox üzv əlavə etmirik" deyə bilərsiniz amma unutmayaq ki, əlavə edən insanlar da var və daha çox üzv sayı təqdim etməsi həmin insanlar üçün Telegram-ın üstünlüyü deməkdir.
- WhatsApp-ın üstün olduğu əsas cəhət isə daha çox dil dəstəyinin olmasıdır. Telegram-da ingilis, alman, ispan, holland, italyan, portuqal, ərəb və koreya olmaqla cəmi 8 dil mövcuddur.
- Bonus özəllik: "Chat with yourself" - Özünlə söhbət et. Təbbi ki, bu özəlliyin yaradılmasında əsas məqsəd insanların özləri ilə söhbət etməsi deyil, cihazınızda olan faylları "özünüzlə paylaşaraq" başqa bir cihazda hesabınıza daxil olub götürə bilmənizdir. Beləcə başqa bir şəxsi narahat etmiş olmursunuz.
Facebook tərəfindən satın alındıqdan sonra WhatsApp-ın arxasında çox böyük bir "ordu" dayanıb. Bu xəbərdə əsas diqqət çəkmək istədiyimiz məsələ bu qədər böyük və məşhur tətbiqin nəinki təqdim, heç vəd etmədiyi özəllikləri daha kiçik olan Telegram-ın təqdim etməsidir. Hər iki tətbiq də hər gün daha da inkişaf edir, amma reallıq budur ki, WhatsApp-ın inkişaf sürəti daha yüksəkdir.
Tətbiqi Play Store və App Store-dan yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!